Türkiyə-Yunanıstan savaşında qələbə qazanan tərəf türk dövləti olacaq-"Yerusəlim Post”
28.08.2020

Alman hökuməti Aralıq dənizinin şərqində türk-yunan gərginliyini azaltmağa çalışsa da "təzyiq yüksəlişi" davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” qəzetində dərc olunan məqalədə bildirilib.

“Ərdoğan qaz mübahisəsində geri çəkilmək istəmir. Türkiyə haqqı olanı alacaq”, - məqalədə qeyd edilib.

Artan gərginliyi azaltmaq üçün Avropa İttifaqı və NATO ilə yanaşı, ABŞ-ın da araya girdiyini yazan nəşr qeyd edib ki, Yunanıstan və Türkiyəni barışdırmaq üçün Almaniya da ciddi səylər göstərir.

İsraildə nəşr olunan “Yerusəlim Post” qəzeti də ehtimal olunan Türkiyə-Yunanıstan savaşında qələbə qazanan tərəfin türk dövləti olacağını bildirib.