Türkiyə yerli və milli imkanlarla modernləşdirdiyi minaatanların ilk təhvil-təslimini həyata keçirilib
Videonu Aç
Türkiyə yerli və milli imkanlarla modernləşdirdiyi minaatanların ilk təhvil-təslimini həyata keçirilib
07.12.2022 MEDİA Tərəfindən

Türkiyə Müdafiə Sənayesi Rəhbərliyinin (SSB) təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ilk modernləşdirilmiş minaatanlar Quru Qoşunları Komandanlığına təhvil verilib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Müdafiə Sənayesi Rəhbərliyindən (SSB) edilən yazılı açıqlamaya görə, SSB tərəfindən başladılan və ASELSAN tərəfindən həyata keçirilən "60 mm komando minaatan ağıllı atəş idarəetmə sistemi" və onun alt komponenti olan “ALRF-S50” lazer məsafəölçənin kvalifikasiya və qəbul testiləri uğurla başa çatdırılıb. 

Layihə çərçivəsində ilkin yoxlama, yüksək və aşağı temperaturda işləmə, möhkəmlik, sızdırmazlıq, vibrasiya, düşmə və dispersiya, məsafə və digər bir çox fərqli məzmunda fərqli ixtisas testləri, bucaq ölçüləri müvəffəqiyyətlə həyata keçirilib.

İlahə Əliyeva