Türkiyə yalnız lirənin dollara nisbətini tənzimləmir, həm də iqtisadi artımı hədəfləyən qərar qəbul edir
Videonu Aç
Türkiyə yalnız lirənin dollara nisbətini tənzimləmir, həm də iqtisadi artımı hədəfləyən qərar qəbul edir
25.11.2021 İbrahim Məmmədov Tərəfindən

Sərhədlərin tanınması və sülh sazişinin prioritet olmasının əhəmiyyəti:

- Geosiyasi qüvvələr nisbətinin əlverişli olmasından istifadənin vacibliyi;
- Bütövlükdə ölkənin təhlükəsizliyi məsələsidir;
- Xankəndi məsələsinin həlli üçün potensialı gücləndirəcək;
- Böyük dövlətlərin Ermənistandan Azərbaycana qarşı istifadə imkanlarını məhdudlaşdıracaq;
- Naxçıvana dəhlizin açılması bütövlükdə milli təhlükəsizliyi gücləndirəcək və iqtisadi potensialı artıracaq.

****

- Türkiyə yalnız lirənin dollara nisbətini tənzimləməyi deyil, bütövlükdə iqtisadi artımı hədəfləyən qərar qəbul edir;

- Türkiyə Mərkəzi Bankının qərarı həm investisiyaları təşviq edir, həm yeni iş yerlərinin yaradılmasına təkan verir, həm də ixracı stimullaşdırır;

- İndi Türkiyəyə turist səfərinə getmək, Türkiyədən almaq, türk məhsulunu idxal etmək sərfəlidir;

- Türkiyə şirkətləri xarici ölkələrə - Afrika ölkələrinə, Liviya, Suriyaya yatırımlar edir;

- Türkiyə şirkətləri yeni sənaye sahələri, o cümlədən müdafiə sənayesi sahələri qurur və ölkəyə müasir avadanlıqlar idxal edirlər. Bu da valyutanı xaricə axıdır; Amma, bu gələcək istehsalın genişlənməsinə yatırılan sərmayədir və yaxın gələcəkdə, geriyə, Türkiyəyə valyuta axınını  təmin edəcək. İqtisadiyyatda buna “yaxşı inflyasiya” deyirlər.