Türkiyə XİN: Qaçqınlarla bağlı siyasətimizdə dəyişiklik yoxdur
28.02.2020

“Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edir. Ölkəmizin miqrantlarla bağlı siyasətində hər hansı dəyişiklik yoxdur”.

Visiontv.az-ın verdiiyi xəbərə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hami Aksoy deyib.

 

O bildirib ki, İdlibdə baş verənlər Türkiyədəki qaçqınlara təsir göstərməkdədir.

“Məlum hadisələrdən narahatlıq keçirən ölkəmizdəki bəzi qaçqınlar qərb sərhədlərimizə doğru hərəkət etməyə başlayıblar. Vəziyyətin pisləşməsi nəticəsində bu risk artmağa davam edəcək. Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edir. Ölkəmizin miqrantlarla bağlı siyasətində hər hansı dəyişiklik yoxdur", - deyə H. Aksoy vurğulayıb.

APA