Türkiyə XİN Əfqanıstanda məsciddə törədilən terror aktını qınayıb
15.10.2021

“Əfqanıstanda son zamanlar, xüsusilə məscidlərdə törədilən terror aktlarını şiddətlə qınayırıq, əfqan xalqına başsağlığı diləyirik”.

Visiontv.az xəbər verir ki, bu, Türkiyənin Xarici İşlər Nazirliyinin bu gün Əfqanıstanın Qəndəhar şəhərində baş verən partlayışla bağlı mövqeyində bildirilib.

Qeyd edək ki, Qəndəharın şiə məscidində törədilən terror aktı nəticəsində ən azı 30 nəfərin öldüyü bildirilir.

APA