Türkiyə XİN başçısı həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
02.03.2020

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Türkiyəyə səfər ediblər.

Visiontv.az-ın xəbərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmsədrlərlə və A. Kaspşiklə görüşüb.

M. Çavuşoğlu bildirib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha aktiv fəaliyyət göstərməlidir.

APA