Türkiyə Qafqazda sülh və sabitliyin təsis edilməsinə əhəmiyyətli dəstək verir - Ərdoğan
14.06.2021

“Türkiyə İraqdan Əfqanıstana, Balkan ölkələrindən Qafqaza, Qara dənizdən Aralıq dənizi və Afrikayadək sülhün və sabitliyin təsis edilməsinə əhəmiyyətli dəstək verir”.

Visiontv.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammiti çərçivəsində keçirilən “Sabitliyə töhfə” panelinə ünvanladığı videomüraciətdə deyib.

Türkiyə Prezidenti bildirib ki, bu gün dünyada sülhə ən böyük əngəl terrordur.

O qeyd edib ki, Türkiyə terror təşkilatlarına qarşı mübarizədə ön sıralarda yer alır: “Türkiyə olaraq terrorla hər cür mübarizədə müttəfiqlərimizdən gözlədiyimiz dəstəyi ala bilmirik. Türkiyənin sərhədləri NATO-nun sərhədləridir. Bu, unudulmamalıdır”.