Türkiyə Prezidenti Rusiyalı həmkarı ilə danışıb
25.03.2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Visiontv.az Axar az - a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidmətindən bildirilib.

Liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Bundan başqa, Ərdoğan Putinə taxıl sazişinin uzadılması ilə bağlı müsbət mövqeyinə görə təşəkkür edib.

Türkiyə lideri, həmçinin, Rusiya ilə Ukrayna arasındakı münaqişənin danışıqlar yolu ilə tez bir zamanda sona çatdırılmasına önəm verdiklərini bildirib.

Bununla yanaşı, Ərdoğan Soçidə razılaşdırılmış iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata biləcəklərini bəyan edib.