Türkiyə öz qardaşının haqq işinə dəstək oldu
03.03.2021

Türkiyə Azərbaycan dostluğu və qardaşlığı əsirlərlə mövcud olan, eyni zamanda bütün dünyaya örnək, düşmən tərəfindən qısqanılan, işğalçılara və terrorçulara göz dağı olan bir dostluq- qardaşlıq nümunəsidir. Ulu Öndərimiz Heydər Əliyevin “Bir millət iki dövlət”  şüarı heç bir zaman öz aktuallığını itirməmiş, hər iki dövlət istər sevincli, istərsə də çətin günlərində bir-birinə dəstək olmuşlar.

Bütün dünya bu qardaşlığı Vətən Müharibəsində daha aydın gördü.  44 günlük Vətən Müharibəsi ərzində Azərbaycanın haqq savaşında dost ölkə hər zamankı kimi bizə öz mənəvi və siyasi dəstəyini əsirgəmədi. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla ən yüksək hökumət üzvləri, nüfuzlu insanlar,  jurnalistlər, sadə türk vətəndaşları haqq işimizdə bizi dəstəklədilər.

Yüksək nüfuzlu dövlət adamları müxtəlif platformalardakı çıxışlarında Ermənistanın işğalçılıq siyasətini pisləməklə Azərbaycana sonuna qədər haqq savaşlarında dəstək olduqlarını açıq bəyan etdilər. Biz də xalq olaraq bu diqqəti və dəstəyi hiss etdik və hiss etməyə də davam edirik. Azərbaycan müharibədən öz güclü və qüdrətli ordusu, yüksək təlimli əskərləri, müasir tələblərə cavab verən hərbi texnikası, iti zəkalı, “Dəmir yumruqlu”,  əzmli və bacarıqlı Ali Baş Komadanı ilə üzü ağ şəkildə çıxdı və ədaləti bərpa edərək öz dədə-baba torpaqlarını geri qaytardı.

O dədə- baba torpaqları ki, 30 ilə yaxın müddətdə dünyada vəhşilik və barbarlıq nümunəsi kimi tanınan erməni qaniçənləri tərəfindən yerlə-yeksan edilmişdir. Haqq səsimizin dünyaya çatdırılmasında qardaş ölkənin nüfuzlu media orqanları demək olar ki, 24 saat haqq səsimizi, reallığı dünyaya çatdırdı. Qardaş ölkədən olan jurnalistələr hər an həyatlarını riskə ataraq yorulmadan, usanmadan çalışdılar. Bu gün əminliklə deyirik ki, iki qardaş ölkə arasında olan dostluq əbədidir və sarsılmazdır! Yaşasın Azərbaycan-Türkiyə dostluğu!!! 

Nağıyeva Günay
Müəllimə