Türkiyə koronavirusla ciddi mübarizəyə başladı
22.06.2020

Türkiyədə yeni koronavirusun yayılması ilə əlaqədar 22 iyundan etibarən maska taxmayan vətəndaşlar cərimələnəcək.

Visiontv.az Türkiyə mətbuatına istinadən bildirir ki, maskaların taxılması ölkənin bütün vilayətlərində məcburi olacaq.

Belə ki, 48 vilayətdə maskalar taxmaq bütün yerlərdə, 33 vilayətdə isə ticarət mərkəzlərində, mağazalarda, restoranlarda, kafelərdə və izdihamın müşahidə olunduğu digər yerlərdə məcburidir.

Cərimənin 900 türk lirəsi (təxminən 130 ABŞ dolları) olacağı qeyd olunur.