Türkiyə koronavirusa yoluxanların sayına görə Çini keçib
20.04.2020

Türkiyə yeni növ koronavirusa (COVID-19) yoluxma sayına görə Çini keçib.

Visiontv.az-ın məlumatına görə, Türkiyədə koronavirusa yoluxanların sayı 86 304 nəfərə çatıb.

Koronavirusun meydana gəldiyi Çində isə bu rəqəm 82 747 nəfərdir.

 

Türkiyədə virusdan ölənlərin sayı 2017, Çində isə 4632 nəfər təşkil edir.

Qeyd edək ki, Türkiyə COVİD-19-a yoluxma sayına görə dünya üzrə 7-ci yerdədir. Ən çox yoluxma isə ABŞ-da qeydə alınıb.