Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasının nəticələrini qiymətləndirir
22.05.2022

İsveç və Finlandiyanın NATO-ya qəbulu tamamilə lazımsız və vaxtsızdır. Bu addım Ukraynada müharibənin davam etməsinə səbəb olacaq.

Bu barədə Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı bəyanatında bildirib:

“Biz bu iki ölkənin NATO-ya üzv olmasını hadisələrin vaxtsız, əsassız və gərəksiz inkişafı hesab edirik”.

Onun sözlərinə görə, İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması Ukraynada münaqişənin davam etməsinə səbəb olacaq

"İsveç və Finlandiyanın NATO-ya daxil olması Ukraynada müharibənin davam etdirilməsi deməkdir. Fikrimizcə, bu niyyət insanlığa qarşı cinayətdir".

Xatırladaq ki, Türkiyə Kürdüstan Fəhlə Partiyasına dəstək verdiyi üçün Finlandiya və İsveçin NATO-ya daxil olmasına qarşı çıxıb - Ankara onu terror təşkilatı hesab edir.

Öz növbəsində NATO-nun baş katibi Stoltenberq Finlandiya və İsveçin Alyansa daxil olması üçün Türkiyə ilə tez bir zamanda kompromis tapmağın mümkünlüyünü açıqlayıb və Ankaranın prosesi əngəlləmək niyyətində olmadığını qeyd edib.

Aytən Əlizadə

visiontv.az