"Türkiyə iqtisadiyyatı batdı" xülyası ilə yaşayanları məyus etmək zorundayam
"Türkiyə iqtisadiyyatı batdı" xülyası ilə yaşayanları məyus etmək zorundayam
24.11.2021 Elbəyi Həsənli Tərəfindən

“Beynəlxalq Valyuta Fondu da daxil olmaqla bir çox mərkəzlər bu il üçün Türkiyədə Ümumi Daxili Məhsulun 9 faiz artacağını proqnozlaşdırır. Bu isə dünyada ən sürətli inkişaf göstəricilərdən biridir”.

“The Financial Times” qəzetininin bugünkü sayında gedən “What the lira collapse means for Turkey’s economy" (Lirənin çökməsi Türkiyə iqtisadiyyatı üçün nə deməkdir?) adlı məqaləsində belə deyilir.

Yəni Türkiyə iqtisadiyyatı batdı xülyası ilə yaşayanları məyus etmək zorundayam. Beynəlxalq güclərin (daha doğrusu xristian klubunun) təzyiqlərinə rəğmən Türkiyə inkişafdadır.

Bəs Türkiyədə nə baş verir? Qərb Türkiyəni ram etmək üçün rəsmi Ankaraya qarşı iqtisadi müharibə aparır. Bu müharibənin rejissoru ABŞ prezidenti Co Baydendir. O, hələ prezidentliyə namizəd olarkən Tayyib Ərdoğanı devirmək fikrində olduğunu açıq şəkildə bəyan etmişdi.

Xatırladıram: 2016 -cı il 15 iyulunda ABŞ və Avropa Birliyi Türkiyədə dövlət çevirlişinə cəhd göstərdi. Ancaq alınmadı. O vaxt silah gücünə baş tutmayan çevirilişi indi iqtisadi metodlarla həya keçirmək istəyirlər. Qələt edirlər. Türk xalqı öz liderinə sahib çıxacaq...
(Forecasters including the IMF expect gross domestic product growth of 9 per cent this year — one of the fastest rates in the world.) (“The Financial Times”)

Elbəyi Həsənli

Visiontv.az