Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop və Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuş İrana rəsmi səfər edib.
Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə heyəti ölkənin 8-ci prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak edəcək.
Heyəti Təbriz millətvəkili Ruhullah Mütəfəkkir Azad və Türkiyənin İrandakı səfiri Dərya Örs qarşılayıb.
Mərasimdən əvvəl Şəntop və Kurtulmuş, İranın 8-ci prezidenti İbrahim Rəisi və Məclis sədri Məhəmməd Bağır Qalibaf ilə bir araya gəlib.
Şəntop, Rəisiyə yeni vəzifəsində uğurlar arzu edib.
Görüşdə Türkiyə-İran münasibətləri barəsində fikir mübadiləsi aparılıb.