Türkiyə COVID-19-a qarşı “TURKOVAC” peyvəndi istehsal edəcək
22.06.2021

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı yerli peyvəndin könüllülər üzərində tətbiqinə başlanıb.

Visiontv.az xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, yerli peyvəndin adı “TURKOVAC” olacaq.