Türkiyə Cənubi Qafqazda hələ də kövrək olan sülhün qorunmasında aktiv iştirak etməlidir - Prezidentin köməkçisi
27.01.2021

“Türkiyə Cənubi Qafqazda gedəcək proseslərdə, eləcə də hələ də kövrək olan sülhün qorunmasında aktiv iştirak etməlidir”.

Visiontv.az-ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili  Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, regionda sülhün, barışın davamlılığını təmin edəcək sistem qurulmalıdır: “Azərbaycan və Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində çox sıx əməkdaşlığını görmüşük. Bu gün biz qürur duyuruq ki, qardaş Türkiyədən Volkan bəy (Volkan Bozkır - red.) BMT-də vəzifədədir. İlham Əliyev Türk Şurasının Baş katibini qəbul edərkən bildirdi ki, biz artıq bunun təşkilat olaraq inkişafına nail olmalıyıq”.