Türkiyə-Azərbaycan sərhəddi müvəqqəti bağlandı
14.03.2020

Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon əlaqəsi olub.

Visiontv.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Azərbaycan dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan bugünkü telefon danışığında iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, regional məsələlər müzakirə olunub.  

Bundan əlavə, dövlət başçıları koronavirus pandemiyasına qarşı alınan tədbirlərlə əlaqədar olaraq, iki ölkə arasında karqo daşımaları istisna olmaqla, hava və quru yolu ilə bütün səfərlərin müvəqqəti təxirə salınmasını qərara alıblar.