Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Əvaşin rayonunda PKK terrorçularının mövqelərinə zərbələr endirib.
Visiontv.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib. Türkiyə Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində 2 PKK terrorçusunun məhv edildiyi qeyd edilir.