“Türkiyə ABŞ-ın Kiprin Yunan Administrasiyasını birgə hərbi proqrama daxil etməsini qətiyyətlə qınayır”
“Türkiyə ABŞ-ın Kiprin Yunan Administrasiyasını birgə hərbi proqrama daxil etməsini qətiyyətlə qınayır”
04.10.2022 MEDİA Tərəfindən

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Müdafiə Nazirliyinin Kiprin Yunan Administrasiyasını Milli Qvardiya Bürosunun Dövlət Tərəfdaşlığı Proqramına daxil etməsini qətiyyətlə qınayıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir: “Biz ABŞ Müdafiə Nazirliyinin Kipr Yunan Administrasiyasını ABŞ Müdafiə Nazirliyi çərçivəsində Milli Qvardiya Bürosunun Dövlət Tərəfdaşlığı Proqramına daxil etməsini qətiyyətlə qınayırıq.”

Türkiyənin qarant statusu vurğulanan bəyanatda Kipr türk xalqının təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi addımların atılacağı bildirilib.

İlahə Əliyeva