“Türkiyə 2022-ci ili rekord iqtisadi artım səviyyəsində bağlayacaq”
Videonu Aç
“Türkiyə 2022-ci ili rekord iqtisadi artım səviyyəsində bağlayacaq”
30.11.2022 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin üçüncü rübünün iqtisadi artım rəqəmləri ilə əlaqədar "Resesiya (tənəzzül) narahatlıqlarının artdığı bir dövrdə iqtisadi artımını davam etdirməsi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir. İnşallah 2022-ci ili rekord iqtisadi artım səviyyəsində bağlayacağıq və 2023-cü ilə yaxşı bir başlanğıc edəcəyik” deyə bildirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, AK Partiya Genişləndirilmiş Vilayət Başçıları İclasında çıxış edən president Ərdoğan, bu ilin üçüncü rübünün iqtisadi artım rəqəmləri ilə əlaqədar olaraq, "Türkiyənin resesiya narahatlıqlarının artdığı bir vaxtda iqtisadi artıma davam etməsi böyük əhəmiyyət kəsb edir. İnşallah, 2022-ci ili rekord iqtisadi artım səviyyəsində bağlayacağıq və 2023-cü ilə yaxşı bir başlanğıc edəcəyik” deyə bildirib. 

Müxalifətin konstitusiya təklifi məsələsinə toxunan Ərdoğan, “(Altılıq masanın konstitusiya təklifi) Köhnə Türkiyənin ipi ilə endikləri quyudan terror təşkilatının nəzarətində olan partiyanı müdafiə edən çılğın bir təklif ortaya çıxardılar” deyə qeyd edib. 

İlahə Əliyeva