Türkan Şorayla Kadir İnanır uzun illər sonra görüşüb
Türkan Şorayla Kadir İnanır uzun illər sonra görüşüb
06.06.2022 MEDİA Tərəfindən

Türk kinosunun məşhur aktyorları Türkan Şoray və Kadir İnanır uzun illərdən sonra görüşüb.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Eskişehirdə “İmren Erşen Oya Muzeyi”nin açılışında bir araya gələn xatirə şəkilləri çəkdirib. 

Həmkarı ilə görüşən İnanır "Türkan xanımla heç vaxt ayrılmadıq ki. Görürsünüz ki, qəzetlərdə də, televiziyalarda da var. Ona görə də biz buna ümumiyyətlə ayrılıq kimi baxmırıq" deyib.

Mərasimin açılış nitqində Əskişəhər Böyükşəhər Bələdiyyə Başçısı Yılmaz Büyükerşen Türkan Şoray və Kadir İnanırın mum heykəllərini düzəldəcəklərini və Mum Muzeyində nümayiş etdirəcəklərini bildirib. 

İlahə Əliyeva