“Türk millətinin iradəsinin zəncirlənə bilməyəcəyini göstərdik”
“Türk millətinin iradəsinin zəncirlənə bilməyəcəyini göstərdik”
25.05.2023 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçirilən seçkilərdə diktatura iddialarının tamamilə cəfəngiyyat olduğunu göstərdiklərini bildirərək, “Türk millətinin iradəsinin zəncirlənə bilməyəcəyini göstərdik” deyə bildirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, prezident Ərdoğan mayın 14-də keçirilən Prezident və 28-ci Dövr parlament seçkilərinin nəticələrini sosial media hesabında paylaşıb.

Prezident Ərdoğan, “14 May seçki qutusunda nəinki türk demokratiyasının gücünü gördük, `qavrayış köpüyü`nün söndürülməsinə də şahid olduq. Bəs, bunlar nə idi? Türkiyəyə atılan `diktatura` böhtanları idi. Bunlar öz ölkəsində seçicilərin yarısını belə seçki məntəqələrinə gətirə bilməyənlərin apardığı qarayaxma kampaniyaları idi. Haqqımızda beynəlxalq mətbuatda aparılan məkrli psixoloji əməliyyatlar idi. Müxalifətin açıq şəkildə təkrarladığı yalanlar və saxtakarlıqlar idi. Bu, CHP sədrinin və şirkətinin `odladığı` qorxu siyasəti idi” deyə bildirib.  

İlahə Əliyeva