Turizm təhsilinin əhəmiyyəti və turizm sahəsində kadr hazırlığının vacib məqamları-Fərqanə Əliyeva
05.12.2018

Turizm təhsilinin əhəmiyyəti və turizm sahəsində kadr hazırlığının vacib məqamları-Fərqanə Əliyeva

Vision Tv oxucularına "Turizm təhsilinin əhəmiyyəti və turizm sahəsində kadr hazırlığının vacib məqamları"adlı məqaləni təqdim edir.

İnkişaf etmiş və etməkdə olan bir çox ölkə dünyanın genişlənən turizm bazarındakı payını artırmaq üçün öz turizm sektorlarına önəmli dərəcədə investisiya yatırırlar. Beynəlxalq turizmdə getdikcə artan rəqabət şəraitində üstünlük əldə etmək böyük ölçüdə müştəri məmnuniyyətinə və xidmət keyfiyyətinə bağlıdır. Bu səbəbdən turizmin bir xidmət sektoru olması və xidməti alan ilə xidməti təklif edən şəxslərin qarşılıqlı əlaqədə olması, sektorda fəaliyyət göstərəcək insan ünsürünün təhsilinin önəmini ön plana çıxarır. Turizm təhsili bu gün bütün dünya üzrə öz önəmini artırmaqdadır. Belə ki, yüksək sürətlə böyüyən turizm sektoru artıq daha yüksək ixtisaslı və daha peşəkar mütəxəsislər axtarmaqdadır. Bu zaman tələb olunan yüksək standardlara malik turizm təhsilinə malik olmaq, daim kadr hazırlığına önəm yetirməkdir.  Turizm təhsilindən gözlənilən faydanın təmin edilə bilməsi, turizm təhsilinin təyin olunmuş məqsədlər istiqamətində planlı bir şəkildə reallaşması ilə mümkün ola bilər. Turizm təhsili ümumi təhsilin bir parçasıdır. Bu səbəb ilə turizm təhsilinin məqsədləri milli təhsil məqsədlərinə paralel olaraq meydana gəlməkdədir. Ümumi təhsil məqsədlərinə əlavə olaraq, turizm sektorunun ehtiyacları ilə kadr ehtiyacı, turizm təhsilinin məqsədlərinin dəqiqləşməsində təsirli olmaqdadır.  Turizm təhsilinin turizm inkişaf baxımından əhəmiyyəti, turizmin az inkişaf etmiş ölkələrin iqtisadi strukturlarındakı funksiyaları ilə yaxından bağlıdır. İqtisadi inkişaf içində turizm inkişafı reallaşdıracaq insan gücünün, bütün mərhələləri ilə birlikdə professional mənada turizm təhsilinə tabe tutulması lazımdır. 
Turizm təhsili ilə aşağıdakı nailiyyətlərin təmin edilməsi məqsəd qoyulur:
Xidmət keyfiyyətinin yüksəldilməsi;, Hər addımda yaxşı mütəxəssisləşmış təlimatçı heyəti ilə ixtisaslı kadr ehtiyatının hazırlanması;,  Sektor, təlimatçılar, idarəçilər kimi turizm sahəsində fəaliyyət göstərən bütün iştirakçılar arasında tam mənası ilə təmin edilən əməkdaşlıq;, Turizmin rəhbərlik standartlarının artırılması; və Turizm sahəsində icra edilən insan resursları siyasətlərinin davamlılığının təmin edilməsi.  Turizm təhsilinin xüsusiyyətləri araşdırılarkən turizm sektorunda çalışan işçilərin fundamental təhsilə yiyələnmək, bütün heyətə turizm şüurunu və fəlsəfəsini qazandırmaq, fikir və texnologiyaları qavraya biləcək  turizm professionallarını hazırlamağa istiqamətlənmiş təhsil sistemi başa düşülür. Turizm sektorunda rəqabətdə üstünlük təmin etmək üçün turizm təhsili almış iş gücünün əhəmiyyətini dəstəkləyən bir çox ölkədə turizm təhsili verən məktəblərin açıldığı, ancaq dünyada və ölkəmizdə edilən bir çox iş turizm təhsili alan tələbələrin əhəmiyyətli bir hissəsinin təhsilini müvəffəqiyyət ilə tamamladıqdan sonra turizm sektorunda işi seçmədikləri, ya da turizm sektorunda işə başladıqdan bir müddət sonra sektorda işi buraxdıqları problem kimi görünür. Beləcə turizm təhsili alan kəslərin sektorda işləməyə iddialı olmaması əhəmiyyətli bir problem halına çevrilmişdir. Bu vəziyyətdə turizm sektorunda gözlənilən ixtisaslı xidmətin təqdim edilməsində ən əhəmiyyətli ünsür olan ixtisaslı iş gücünün təhsil sonrası sektorda işləməmə səbəblərinin təyin olunması və bu məsələdə lazımlı tədbirlərin alınması ortaya çıxarır. Belə ki, turizm təhsili alan tələbələrin qazandıqları məlumat və bacarıqları məzuniyyət sonrasında turizm sənayesində tətbiqləri sektorun şüurlu olaraq inkişafına fayda verə bilər. Turizm təhsili, ölkələr arasında təhsil mübadiləsi ilə coğrafiya, mədəniyyət, əhali və inkişaf etmişlik səviyyəsi kimi mövzularda bənzərliklər göstərən ancaq turizm sektoru etibarı ilə fərqlilikləri müqayisə edərək  ən məhsuldar şəkildə var olan nəhəng bir boşluğu doldurmasında  strateji bir əhəmiyyət daşıyır. Turizmin və turizm iqtisadiyyatının xalqa və təhsil alan gəncliyə öyrədilməsi, turizm mövzusunda məlumatlı və səriştəli personal və idarəçi hazırlanması üçün edilən işlərdir.
Azərbaycan neft ölkəsi kimi dünya iqtisadi bazarında müəyyən söz sahibi kimi özünü doğruldub. Ölkənin iqtisadi inkişafında davamlılığın təmin olunmasında neft və qaz amilindən asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişad etdirilməsi zərurətdir. Belə ki, ölkəmizin geniş turizm potensialı var, bu da neft amilindən asılılığının azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Qeyd olunanları nəzərə alaraq həyata keçirilən dövlət proqramlarında turizmin hərtərəfli inkişaf etdirilməsi üçün kiçik və orta sahibkarlığa geniş səlahiyyətlər verilməsi,turistlərə xidmət göstərəcək obyektləri yenidən qurmaq və onu dünya standartlarına uyğunlaşdırılması , respublikanın beynəlxalq və daxili turizm bazarında rəqabət aparmaq qabiliyyyətini artırılması , turizmin inkişaf etdirilməsi üçün mütərəqqi və səmərəli metodlardan istifadə edilməsi əsas prioritet hesab olunur. Şübhəsiz ki, görülən bütün işlərlə yanaşı turizm təhsilli insanların sektora cəlbi və bu sahədə kadr hazırlığının aparılması əsas amillərdəndir. 2006-cı ildən əsası qoyulan Azərbaycan Turizm və Menecment Universiteti (qeyd: 2006-2015-ci illər Azərbaycan Turizm İnstitutu) və bir çox universitetlərin nəzində fəaliyyət göstərən turizm fakültələri bu ehtiyacları aradan qaldırmaq üçün başlıca rol oynayır. Ölkə daxilində turizm sahəsində aparılan təhsillə yanaşı beynıəlxalq təcrübəni öyrənmək və xarici ölkələrdə olan turizm təhsili təcrübəsini gətirmək üçün zaman-zaman xaricdə təhsil proqramlarına yönəldilmiş gənclərə dəstək vermək zərurəti yaranır.Qafqaz Araşdırmaları Mərkəzi -nin həyata keçirdiyi “Gənclərin xarici ölkə universitetlərində təhsilə təşviq edilməsi (turizm və menecment ixtisaslarına yönəlik)” layihəsi  ölkədə turizm sahəsində aparılan dövlət proqramlarının icrasına dəstək olmaqla yanaşı,  turizm sahəsində ixtisaslı kadrların hazırlanmasında böyük rol oynayacaq.

QAFAM:Fərqanə Əliyeva