6.06.2020
Axtar
Hadisə
alt

Tükürpədici cinayət - Yoldaşını zorlayan əmisini öldürdü

Azərbaycanda namus üstündə baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub.

Visiontv.az “oxu24.com”a istinadən xəbər verir ki, illər öncə Bərdə rayonunda baş vermiş dəhşətli qətlin namus üstündə törədilməsi məlum olub.

Bərdə rayon sakini Dağbeyi Cabbarov qohumu Əsəd Məmişovu öldürüb və həyətdə basdırıb. Bu zaman qətli törətməkdə ona qardaşı Habil Cabbarov kömək edib. Məhkəmədə qətlin şok səbəbi üzə çıxıb.

Dağbeyi Cabbarov ifadəsində bildirib ki, toy gecəsi yoldaşı Sevil Məmişovanın bakirə olmadığını görüb. Qızdan bunu soruşduqda qız cavab verməyib. Üzərindən 2 ay keçdikdən sonra yoldaşı ona uşaq vaxtı əmisi Əsəd tərəfindən zorlandığını bildirib.

Bunu bildikdən sonra Dağbeyi arvadının əmisini öldürmək qərarına gəlib.

Şərh