Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurası zirvə görüşündən sonra tamamilə yeni bir təşkilata çeviriləcək
Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurası zirvə görüşündən sonra tamamilə yeni bir təşkilata çeviriləcək
12.11.2021 Hikmət Babaoğlu Tərəfindən

Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurası İstanbulda keçirilən zirvə görşündən sonra tamamilə yeni bir təşkilata çeviriləcək. Artıq şura daha çox məsləhət və məşvərətçi təşkilat olmaqdan şıxaraq tam təsisatlı funksional beynəlxalq təşkilata çevirilərək Türk Dövlətləri Təşkilatı adlandırılacaq.

Bu isə o deməkdir ki, bu təşkilat qərarlar qəbul edəcək, üzv ölkələr qarşılıqlı şəkildə vəzifələr müəyyənlədirəcək və qəbul edilmiş qərarların icra edilməsilə bağlı öhdəçilik götürmüş olacaqlar. Belə olanda ümumi və ortaq mənafelərin qorunması üçün birlikdə hərəkət etmək imkanları yaranacaq ki, bu da hazırki tarixi mərhələdə milli təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Müqayisəli təhlil etmək istəsək aydın olacaq ki, vaxtilə ATƏT–də  ATƏM olaraq  bənzər yol keçmiş daha sonra institusional forma alaraq olduqca effektiv beynəlxalq təşkilatlardan birinə çevirilmişdi.

Əslində hələ Türk Şurası kimi fəaliyyəti dövründə bu mərhələyə ciddi hazırlıq işləri aparılmış, şuranın tərkibində, TürkPa, TürkSoy, Beynəlxalq Türk Akademiyası və s. kimi müxtəlif qurumlar yaradılmışdı. Yeni mərhəldə isə bu qurumlar daha səmərəli struktural vahid olacaqlar. Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, bu beynəlxalq təşkilatın əsası 2009-cu ildə Naxçıvanda qoyulmuş və zirvə görşündə xüsusi bəyanat qəbul edilmişdi. O zaman ən aktual məsələlərdən biri Türk Dünyasını fiziki baxımdan birləşdirmək və tarixi quru sərhədləri  bərpa etməklə etnocoğrafi bütövlüyə nail olmaq idi. Hazırda demək olar ki, əldə etdiyimiz tarixi zəfərlə bunu təmin etmişik və Zəngəzur dəhlizinin işlək vəziyyətə gəlməsilə bun proses başa çatacaq.

Hazırki zirvə görüşü isə İstanbulda, Demokratiya və Özgürlük adasında keçirilir ki, bunun da məxsusi mənası var. Dünyaya məsaj verilir ki, Mərkəzi Asiyadan Qafqazlara ordan isə Avropaya qədər uzanan və mümhüm perespektivlər vəd edən sülhpərvər, əməkdaşlığa açıq bir mühüm platforma var. Bu platforma böyük bir coğrafiyaya demokratiya, sülh, azadlıq və rifah vəd edir. Eyni zamanda bütün bunları qoruyacaq vahid təhlükəsizlik məkanı yardır.

Nəzərə almaq lazımdır ki, Türkmənistanın da daxil olmasıyla təqribən 160 milyonluq əhalini və 1.2  trilyon dollarlıq ümümdaxili məhsulu əhatə edən nəhəng bir istehsal və istehlak bazarından söhbət gedir və bu ozlüyündə mühüm iqtisadi imkanlar və qarşılıqlı marağa əsaslanan inteqrsiya vəd edir. Hazırda Marcarıstan da daxil omaqla 15-ə qədər ölkənin də müşahdəçi statusunda bu təşkilata qəbul edilmək istəklərini  nəzərə alsaq aydın olacaq ki, necə nəhəng bir tərəfdaşlıq və əməkdaşlıq platformadan söhbət gedir. Vaxtilə biz bu imkanları sadəcə xəyal etdiyimiz halda hazırda bu bir rallıqdır.

Millətvəkili Hikmət Babaoğlu

Visiontv.az