Trampın Hindistan səfəri gündəm oldu - FOTOLENT
24.02.2020

ABŞ prezidenti Donald Tramp 2 günlük rəsmi səfəri çərçivəsində Hindistana yola düşüb.

Visiontv.az "cnnturk"ə istinadən xəbər verir ki, Trampı həyat yoldaşı birinci xanım Melania Tramp və qızı İvanka Tramp müşayiət edib.

Qeyd edək ki, bu səfərin özəlliyi ondan ibarətdir ki, Trampın Hindistana ilk rəsmi səfəridir.

ABŞ Prezidenti Trampı Baş nazir Modini Sardar Vallabhbhai Patel Beynəlxalq Hava Limanında qarşılayıb. Səfər zamanı bildirək ki, Modi və Tramp Hindistan İstiqlal Hərəkatının siyasi və mənəvi lideri Mahatma Gandinin uzun illər yaşadığı Sabarmati çayı bölgəsinə səyahət ediblər. Daha sonra ABŞ prezidenti Qandiyə məxsus və iplik üçün istifadə olunan iplik təkərlərini sınaqdan keçirib.

Qeyd edək ki, Qandinin azadlıq hərəkatı ilə əlaqəli iplik çarxı Hindistanın ən tanınan simvollarından biri hesab olunur.

Digər tərəfdən, Əhmədabad rəhbərliyi stadionunda "Namaste Tramp" tədbirində iştirakına görə yolda 1 milyona yaxın insan Trampı bayraqlar ilə qarşılayıb. Həmçinin təxminən 12000 heyət üzvü Əhmədabadda ABŞ prezidentinin təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərəcək.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 2015-ci ildə Hindistana səfəri zamanı səlahiyyətlilər 30 mindən çox küçə itini sterilizasiya etmişdilər. 16 mindən çox meymunu isə tutaraq sığınacaqlara göndərmişdilər.