Tramp Zelenskini Ağ evə dəvət etdi
03.06.2019

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə Vaşinqtona səfər etmək üçün dəvət yollayıb.

 VisionTV.az bildirir ki, bunu TASS-a Ağ evdəki mənbə təsdiqləyib.

“Mən dəvətin göndərildiyini təsdiqləyə bilərəm, lakin səfərin tarixi hələ dəqiqləşdirilməyib və hazırda bununla bağlı daha heç nə deyə bilmərəm”, - Ağ evdə bildiriblər.

Qeyd edək ki, bu gün Ukrayna KİV-lərində Vladimir Zelenskinin avqust və ya sentyabrda ABŞ-a səfər edə biləcəyi ilə bağlı məlumat yayılmışdı.