Tramp yenidən səfərlərə başlayır
30.04.2020

ABŞ Prezidenti Donald Tramp gələn həftədən etibarən səfərlərinə başlayacağını açıqlayıb.

Visiontv.az “Haber Global”a istinadən xəbər verir ki, o, gələn həftə Arizona ştatına səfər etməyi planlaşdırdığını söyləyib:

“Bir neçə həftədir, Ağ Evdən ayrılmamışam. Bu səfəri səbirsizliklə gözləyirəm. Yaxın zamanda da Ohayoya gedəcəm. Tezliklə həyatın 3 ay öncəki vəziyyətinə qayıtmasına ümid edirəm”.

Tramp koronavirus peyvəndindən də danışıb və bəlkə də buna ehtiyac olmayacağını söyləyib:

“Koronavirus gedərsə, bəlkə də, peyvəndə ehtiyac olmayacaq. Amma, əlbəttə ki, peyvənd tapılarsa, möhtəşəm olar. Bu virus bir gün aramızdan tamamilə gedəcək. Yox ediləcək”.