Tramp: “TRIPP layihəsi Mərkəzi Asiya ölkələri üçün əlavə iqtisadi imkanlar yaradacaq"
11.11.2025

ABŞ prezidenti Donald Tramp Mərkəzi Asiya liderləri ilə görüş zamanı TRIPP layihəsinin bölgə üçün mühüm iqtisadi imkanlar yaradacağını bildirib.

Onun sözlərinə görə, razılaşmaya “Tramp marşrutu” adlanan yeni ticarət yolunun inşası da daxildir: “Bu tarixi razılaşmaya yeni Tramp Marşrutunun tikintisi də daxildir. Bu, möhtəşəmdir. Azərbaycan və Ermənistan ona mənim adımın verilməsini qərara alıblar. Mən bunu yüksək dəyərləndirirəm. Bu, əla bir razılaşmadır”.

Tramp qeyd edib ki, yeni marşrut Xəzər dənizi vasitəsilə ticarət əlaqələrini genişləndirəcək və Mərkəzi Asiya ölkələri üçün əlavə iqtisadi imkanlar yaradacaq:

“Bu yol dünyanın iqtisadi baxımdan əhəmiyyətli bir bölgəsindən keçərək ticarəti artıracaq və Mərkəzi Asiya xalqlarına kömək edəcək. Əminəm ki, bu gün burada olan bütün ölkələr bu razılaşmanın yaratdığı fürsətləri dəyərləndirəcək”

visiontv.az