Tramp şahzadənin arvadına "əxlaqsız" deyib - Aləm bir-birinə dəydi..
03.06.2019

ABŞ prezidenti Donald Tramp yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

VisionTV.az  Missiya-a istinadən xəbər verir ki, bu gün İngiltərəyə səfərə çıxmağı planlaşdıran Trampın Böyük Britaniya şahzadəsi Harryin həyat yoldaşı, keçmiş ABŞ-lı aktyor Meghan Markle ilə bağlı qalmaqallı səs yazısı ortaya çıxıb.

Tramp ingilis qəzeti “The Sun”-a verdiyi müsahibədə Meghan Markleni “əxlaqsız” adlandırıb.

ABŞ liderinə Meghan Markle münasibəti ilə bağlı sual ünvanlanıb. Tramp isə həmin suala belə cavab verib: “Bilmirdim. Nə deyim? Əxlaqsız olduğunu bilmirdim”. ABŞ prezidenti həmçinin bildirib ki, Marklenin İngiltərə kral ailəsinə daxil olmasından məmnunluq duyur.

Trampın İngiltərə səfəri ərəfəsində yayılan səs yazısı böyük qalmaqala səbəb olub. Donald Tramp tələsik “Twitter” hesabında şahzadənin arvadı barədə səsləndirdiyi iddia olunan fikirləri inkar edib. O bildirib ki, belə bir fikirlər səsləndirməyib və bu jurnalistlərin yeni uydurmasıdır. Nüfuzlu qəzet əməkdaşları isə Trampa səs yazısının olduğunu xatırladıb.

Tramp və Markle arasında həqiqətən də gərgin münasibətlər mövcud olub. Donald Tramp prezidentliyə namizədliyini olarkən, Markle onu “qütbləşdirici” və “qadın düşməni” adlandırıb. Həmin vaxt Markle Hillari Klintona dəstək olacağını açıqlamışdı.

 

 

Məlumata görə, analıq məzuliyyətində olan Meghan Markle Trampın səfəri zamanı təşkil olunacaq proqrama qatılmayacaq.

Qeyd edək ki, Kral ailəsinin üzvü barədə yaşanan qalmaqalla bağlı İngiltərə hökuməti heç bir rəsmi bəyanatla çıxış etməyib.