Tramp Putinə barmaq silkələdi - VİDEO
28.06.2019

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini ABŞ seçkilərinə müdaxilə etməkdən çəkinməyə çağırıb.

VisionTV.az  Lenta.ru-a istinadən xəbər verir ki, D.Tramp jurnalistlərin “Rusiyanın seçkilərə müdaxiləsi məsələsini qaldıracaqsınızmı” sualından sonra “Əlbəttə” deyə cavab verib.

Sonra amerikalı lider ardından V.Putinə tərəf dönərək təbəssümlə iki dəfə “Zəhmət olmasa, seçkilərə müdaxilə etməyin” deyib. Bu zaman o, yarıcıddi, yarızarafat barmağını da qaldırıb.

Xatırladaq ki, bu gün Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində ABŞ və Rusiya prezidentləri arasında danışıqlar saat yarım davam edib.