Tramp PKK, JPG-nin qanını hələ ötən il Ərdoğana və Putinə halal edib-Həmid Herisçi
23.09.2020

PKK, JPG-ni 1998-ci il Adana sazişi nəticəsində Rusiya ABŞ-a satıb. Arxivlərini də o cümlədən. Gizli protokollarda bu maddə var. Nəticədə Ocalan 1999-cu ilin fevralında həbs edilərək İmralı adasına göndərilib. Çünkü o Moskvanın adamı və kommunistdi və ABŞ-a o yox, indiki PKK rəhbəri millətçi Qarailan lazım idi. Sonralar bu kürd yaraqlıları Fransa və Ermənistanla əlaqəyə girdilər. Bu xəttdə artıq Rusiya yox, ABŞ, Fransa və Ermənistan var. Düzdü, sonra Ocalan da komunizmdən əl çəkib ABŞ demokratlarının anarxist Murrey Bukçin fəlsəfəsinə qoşuldu. Yəni o da sonra ABŞ demokratlarının tərəfinə, tələsinə keçdi.

Rusiya, bu kürdləri Suriyada Türkiyənin əliylə vurdu ( 9 oktyabr 2019-da, Adana sazişinin düz ildönümündə). Qarabağda da belə olacaq. Zarafat etməyin. 2018-ci llin 8 fevralında bu kürdlər ABŞ-la birgə Deyr az Zurda 230 rus əsgərini öldürüblər...

Yəni PKK-JPG bu gün ilk növbədə Fransa və ABŞ-la əlaqədardı. İzinləri olmasa, Qarabağda görünməzlər. Bu, həm də NATO-nun postsovet ərazisinə, Cənubi Qafqaza girməsi deməkdir. Ermənistan Müdafiə Naziri Tanoyan isə əvvəl NATO qərərgahında işləyib.
Türkiyə də NATO-dur. Ancaq Rusiya ilə müttəfiq, dost NATO-dur. Nəticəni özünüz çıxarın...Pazı, pazla çıxararlar deyiblər.

Rusiya bu siyasəti güdür. NATO-nu o NATO-nun əliylə Cənubi Qafqazdan çıxaracaq...

Trampa, ABŞ respublikaçılarına isə, demokratların bu Mürrey Bukçin tərəfdarları lazım deyil. Tramp onların qanını hələ ötən il Ərdoğana, Putinə halal edib.

P.S. Tarixi hadisələrin ildönümlərində gerçəkləşdirilən siyasi səfərlər, adətən özündə gizli mesajlar daşıyır. Böyük diplomatiyada bu, vazkeçilməz rəmzlər siyahısındadır. Gizli razılaşmaları, protokolları nəzərdə tutur.

Vladimir Putinin 2018-ci lin 3-4 aprel tarixindəki Türkiyə səfəri belə gizli mesajla yadda qalıb. PKK təsisçisi Abdulla Ocalanın doğum günündə reallaşan bu voyaj, gizli rəmzlərlə, ehkamlarla məşhurdu.

Adətən həmin tarixdə kürd separatistləri bütün dünyada Türkiyə səfirlikləri önündə yığılaraq etiraz edərlər.

Putin isə, məhz həmin doğum günündə Türkiyəyə səfər edibsə, ardını day özünüz düşünün.

Yəni Akkuyu Atom Stansiyası və s. i. mövzuları bəhanədir. Gizlində, biz qarşılıqlı razılaşma əsasında köhnə dosyeləri qapayırıq. Bəli kürd dosyesi artıq Moskvanın yox...Vaşinqtonun ixtiyarındadır. 1998-ci il Adana anlaşması əsasında Moskva bu fiquru, PKK arxivini yaxşı pula, Duma deputatları Jirinovskinin, Mitrofanovun iştirakı ilə İsrailə, Vaşinqtona satıb.

Məhz bu uğurlu əməliyyat nəticəsində sonralar Rusiya Dumasının Geosiyasət Komitəsi sədri kürsüsünə A. Mirtrofanov yiyələndi.

DETALLAR: Sonra isə bu şəxs Qərb casusu çıxdı. Xaricə qaçdı.

Beləliklə tarixi ildönümlərinə fikir verin. Gizli razılaşmalar adətən belə tarixlərdə imzalanır.

Deyilənlərə görə Ocalanı Moskvaya Semen Baqdasarov gətirib Jirinovskiyə təhvil veribmiş.

Visiontv.az