Tramp haqda bilmədiyiniz maraqlı faktlar
30.11.2024

2 məsələyə aydınlıq gətirmək istəyirəm. Daha doğrusu 2 oturuşmuş fikri təkzib edəcəm.

Birincisi. "İlk silahları Ukraynaya Tramp vermişdi". Bu həqiqətdirmi?

Uzaqdan başlayaq. 2014-cü ilin Konqresə ara seçkilərdə respublikaçılar demokratlar üzərində dağıdıcı qələbə əldə etmişdilər və hər 2 palata onların nəzarətinə keçmişdi, o zaman prezident Barak Obama idi. Qanunvericiliyə görə, istənilən palatada(Senat ya da N/P) çoxluğu əldə edən partiya, bütün komitələrə sədrləri təyin edir. 2015-ci ildə mərhum Con Makkeyn Senatın silahlar üzrə komitənin sədri təyin olunmuşdu.

Bundan sonra, Obama Ukraynaya İLK kontrbatareya radarlarının verilməsi qərarını imzalayır və ən əsası, Ukraynaya amerikalı hərbi instruktorların göndərilməsi qərarını imzalayır(2015-ci ildə ilk instruktorlar Yavorivə gəlmişdilər).

2016-cı ildə Tramp seçkilərdə qalib gəlir və ənənəvi respublikaçıların(Makkeyn başda olmaqla) təzyiqilə müdafiə naziri vəzifəsinə "quduz it" ləqəbli Ceyms Mettisi təyin edir. Mettis "qırğılar" və "Ukraynanın dostları" sırasında idi.

2017-ci ildə Mettislə Makkeyn birləşib Trampın masasına Ukrayna 47 milyon dollar dəyərində "Javelin"lərin göndərilməsini nəzərdə tutan sənədləri qoyurlar. Tramp müyyən müqavimət göstərməyə çalışdı, amma sonra Tramp və Makkeyn/Mettis konsensusa gəldilər. Silahlar Ukraynaya göndəriləcək, AMMA bu silahlar Qərbi Ukraynanı tərk etməməlidir, yəni münaqişə bölgəsində(Şərqi Ukrayna) istifadə olunmamalıdır.

Konqres bu təşəbbüsü qısa zaman ərzində təsdiqlədi.

Sonra nə baş verir? 2018-ci ildə Konqresə ara seçkilərdə demokratlar Senatı yenə uduzsalar da, Nümayəndələr Palatasında çoxluğu əldə ediblər və N/P-nin spikeri Nensi Pelosi təyin olundu.

2019-cu ildə Pelosi, bundan qabaq qəbul olunan proqram vasitəsilə Trampın iştirakı və razılığı olmadan(!!!) Ukraynaya 400 milyon dollar dəyərində hərbi yardım paketini Konqresdə qəbul etdirir, yəni bu sırf Konqresin təşşəbüsü idi.

2019-cu ildə Tramp və Zelenski arasında telefon danışığı baş tutur və Tramp Zelenskidən Baydenı qarşı kompromatın əldə olunmasında("Burisma işi") xahiş edir. Zelenski düşünmək üçün vaxt istəyir və bu vaxt ərzində Tramp Konqresin ayırdığı hərbi yardım paketi bloklayır.

Məhz buna görə də Trampa 1-ci dəfə impiçment elan olunmuşdu.

İndi siz deyin, Trampın, o paketi bloklanmasından başqa Ukraynaya hərbi yardımlarln göstərilməsində hansı xidməti olub? Ritorik sualdır.

İkincisi. "Tramp Suriyada 400 rusu vurmuşdu".

2018-ci 7-8 fevral tarixində Əsədin ordusu və "Vaqner"lər ABŞ-ın nəzarətində olan neft ayırma zavodu nəzarətə keçmək istədilər. "Quduz it" Mettisə məruzə ediləndə ki, əsədçilərlə "Vaqner"lərin kolonu yazınlaşır, Mettis dərhal Şoyquya zəng vurur. Şoyqu deyir ki, "bu biz deyilik" və Mettis onları məhv etmək əmri verir. Əmr yerinə yetirilir.

Məsələ ondadır ki, məhz o zaman Şoyqu və Priqojin arasında intriqaların başlanğıcı dövrü idi və Şoyqu bilirdi ki, amerikalılar "Vaqner"ləri darmadağın edəcək. Şoyqu bunu bilərəkdən edib və illər keçəndən sonra, Priqojin bunu dəfələrlə səsləndirmişdi və sona kimi Şoyquya bağışlamamışdı.

Başqa sözlərlə, 2018-ci il hadisələrində Rusiya MN "Vaqner"i "özünkülər" kimi qəbul etmədi və nəticə özünü gözlətməmişdi.

Nəticələri özünüz çıxardın. Trampın bu işlərdə heç bir əməyi olmayıb və heç bir formada, heç zaman ruslarla toqquşmaya getməyib, deməyim budur.

Kamran Cəfərov

visiontv.az