Tramp başını yumağa su tapmır - VİDEO
14.08.2020

"Mənim saç düzümüm ideal olmalıdır".

Visiontv.az xəbər verir ki, bu sözləri ABŞ-ın prezidenti Donald Tramp saçlarını normal yuya bilməməsindən şikayətlənərkən söyləyib.

Çıxış yolu olaraq isə ABŞ-ın energetika naziri rəsmi olaraq duşda su xərclərinin azaldılmasını və Amerika duşlarındakı su limitindən qurtulmağı təklif edib.

Qeyd edək ki, 1992-ci il qanununa əsasən, Amerika duşlarından 1 dəqiqə ərzində 9.5 l-dən çox su axıdılmamalıdır. Bu qərar dövlətin suya və enerjiyə qənaət etməsi üçün qəbul olunmuşdu.