"Toyota" 250 mindən çox avtomobili geri çağırır
18.04.2020

"Toyota" şirkəti Çində 256 mindən çox avtomobili geri çağırır.

Visiontv.az Trend-ə istinadən xəbər verir ki, qərar aşağı təzyiqli yanacaq nasosunda qeydə alınan qüsurlarla əlaqədardır.

Mütəxəssislərin fikrincə, bu qüsur hərəkət zamanı mühərrikin sıradan çıxmasına və sürücü ilə sərnişinlərin həyatını təhlükəyə atmasına səbəb ola bilər.

Qeyd olunur ki, geri çağırılma Çinə idxal olunan 60 minədək "Lexus", eləcə bu ölkədə istehsal olunmuş 200 minədək "Camry", "Coaster", "Corona", "Highlander", "Land Cruiser" və "Prado" modellərinə şamil edilir.

Bütün geri çağırılan avtomobillər 2013-2019-cu illərdə istehsal olunub.

Şirkət yanacaq nasoslarını ödənişsiz olaraq dəyişməyə hazır olduğunu bildirib.