Tibbi maska taxmayanlar metroya buraxılmayacaq
08.05.2020

Pandemiya dövründə sərnişinlərin Bakı Metropolitenindən istifadə qaydaları qüvvəyə minib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a məlumat verilib.

Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Qeyd edək ki, Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilib.