Tibb elmində daha bir yenilik... Hüceyrənin daxili tempraturunu müəyyən etmək mümkün oldu...
Tibb elmində daha bir yenilik... Hüceyrənin daxili tempraturunu müəyyən etmək mümkün oldu...
01.12.2022 MEDİA Tərəfindən

Çağdaş dövrümüzün ən sürətli inkişaf edən sahələrindən biri də heç şübhəsiz ki, Tibb sahəsidir. Bu dəfə də Tibb elmi daha bir yeniliklə dünyanın diqqətini öz üzərinə çəkməyi bacardı.

Hüceyrə daxilində, xüsusən onun ayrı-ayrı komponentlərindəki temperaturu müəyyənləşdirmək olduqca çətindir, belə ki, hətta ən kiçik termometrlər belə bunun üçün çox böyük hesab olunur. Rusiyadan olan alimlər bu məsələnin həlli üçün termohəssas boya - porfirin fosfor kompleksinin istifadə olunduğu yeni alət təklif ediblər.
Bu icad hüceyrədaxili termometriya üçün, başqa sözlə, hüceyrənin daxilində temperaturun müəyyənləşdirilməsinin qiymətləndirilməsi üçün perspektivli alətdir.

Yeni termosensor laboratoriyalarda geniş tətbiqi tapmış hüceyrə nümunələrində sınaqdan keçirilib. Bu Çin dağsiçanının yumurtalığının hüceyrələri olan uşaqlıq boynu şişindən alınmış nümunələrdir. Müəyyən edilib ki, bu kompleks 1-10 dərəcə arasındakı temperaturu fərqləndirmək imkanına malikdir.

Hazırladı : Bünyamin Bünyadzadə

Visiontv.az