“Təzəpir” məscidində bayram namazı qılınıb
21.07.2021

Bu gün Bakının “Təzəpir” məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

Visiontv.az-ın xəbərinə görə, “Təzəpir” məscidində bayram namazını Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qıldırıb.

Bayram namazında İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətül-islam Ocaq Nejad ağa və İran səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Xatırladaq ki, iyulun 20-si və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunur.