Tərtərdə ananın övladına işgəncə verməsi faktı ilə bağlı cinayət işi başlanıb
12.02.2020

Tərtərdə ana azyaşlı övladını yandırıb.

Visiontv.az xəbər verir ki, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.

Kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb.

Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) maddəsilə cinayət işi başlanıb.