Tənha yaşayan ahıl şəxslərə gündəlik xidmət göstərilir-nazir Sahil Babayev
12.08.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin prezident İlham Əliyevə etdiyi məruzədən çıxarış.

Sosial təminat sahəsində çox önəmli bir yeri də məhz tənha yaşayan ahıl şəxslər tutur.

Burada da verilmiş tapşırığa uyğun olaraq, ölkə üzrə 65 yaşdan yuxarı 15 min tənha şəxs nazirliyin sosial xidmətçiləri tərəfindən gündəlik xidmətə götürüldü.

Eyni zamanda, mindən artıq əlilliyi olan, sağlamlıq imkanı məhdud uşaqlar bizim sosial xidmət müəssisələrimizdə 24 saatlıq tam xidmətə götürüldü. Əlavə olaraq bildirim ki, bu dövr ərzində - aprel ayından bu günədək 10 mindən çox şəxsə də reabilitasiya vasitələri təqdim edildi. Bu da əlilliyi olan şəxslər üçün daha bir dəstək tədbiri idi.

Visiontv.az