Telejurnalist Günel Gözəlovanın iddiasına əsasən ekspertiza təyin edildi-VİDEO
Videonu Aç
31.07.2021

Nərimanov rayon Məhkəməsində tanınmış tele-jurnalist Günel Gözəlovanın həyat yoldaşının sağlamlığını itirməsinə səbəb olan həkim Araz Bayramova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin 2-ci baxış iclası keçirilib.

Visiontv.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə baş tutan prosesə, uroloq-androloq Araz Bayramov bu dəfə də qatılmayıb. Məhkəmədə onu vəkili Asif Mədətov təmsil etdb.