Telefonuna gələn WhatsApp zəngi səni izlədir- DİQQƏT!
14.05.2019

Istifadəçinin telefonuna gələn WhatsApp zəngi “dəstəyi qaldırmasa”nda belə səni izlədə bilər

WhatsApp messencerinin sistemində olan ciddi boşluq hakerlərin istifadəçiləri güdmək üçün onların telefonlarına ziyanverici proqramlar yazmasına imkan verib.

Bu haqda  mobil messencer xidmətinin rəsmisi BBC-yə açıqlama verib.

Kiberhücumun kütləvi hal almadığı, yalnız “seçilmiş istifadəçilərin” ona məruz qaldığı bildiirlir. “Facebook”un sahib olduğu messencerin texniki şöbəsi boşluğu yalnız cümə günü aradan qaldıra bilib.

“Financial Times”ın yazdığına görə, virtual hücum İsrailin “NSO Group” təhlükəsizlik şirkəti tərəfindən təşkil olunub.

Bazar ertəsi, “WhatsApp”  ehtiyat tədbiri olaraq 1,5 milyard istifadəçisini tətbiqi yeniləməyə çağırıb.

Hücumun ayın əvvəli qeydə alındığı və bu barədə Amerikanın hüquq mühafizə orqanlarının və təhlükəsizlik ekspertlərinin məlumatlandırıldığı bildirilir.

Deyilənə görə, gizli müdaxilə aşağıdakı kimi olub:  seçilmiş istifadəçinin telefonuna WhatsApp zəngi gəlib. İstifadəçi “dəstəyi qaldırmasa” belə onun mobil telefonuna zərərli proqram yazılıb. Həmin haker proqramı istifadəçinin hərəkətlərini smartfonun kamerası ilə güdməyə imkan verib. Həmçinin kibercinayətkarlar mikrafonla danışıqlarını dinləyə biliblər.