Tələbə kreditləri təhsil haqqı məbləğində olacaq
25.11.2021

“Təhsil Tələbə Kredit Fondu tələbə kreditlərinin yuxarı həddini müəyyən edib. Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının Nazirlər Kabineti ilə razılaşmasına əsasən, bu kredit hər il tələbə qəbulu zamanı təhsil haqqı məbləğində olacaq. Burada hər hansı məhdudiyyət nəzərə tututlmayıb. Ən aşağı məbləğ subbakalavrlardadır. İllik təhsil haqqı 400 manatdır. Ən yüksək isə magistratura səviyyəsi üçün 10 min manatdır”.

Visiontv.az  xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.

O qeyd edib ki, ən aşağı təhsil haqqı regionlarda, ən yuxarı isə 10 min manat ADA universitetindədir. Hər bir ixtisas üzrə ödənişli təhsil alan tələbələrə mübasibətdə bu məbləğ müəyyən edilir.

Tələbələr təhsil kreditləri təhsil müddəti bitdikdən sonra 10 il ərzində qaytarmalıdırlar.