TƏKLİF: Bakıda yaşayan ermənilərdən birini Qarabağa icma rəhbəri göndərək
TƏKLİF: Bakıda yaşayan ermənilərdən birini Qarabağa icma rəhbəri göndərək
14.03.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Prezident administrasiyasının Qarabağda yaşayan ermənilərlə ikinci görüş üçün onları Bakıya dəvət etməsi unikal bir təklifdir.

Azərbaycan hakimiyyəti birbaşa öz vətəndaşi saydığı ermenilərlə dialoqa gedir. Bu Qərbə də mesajdır ki, Azərbaycan onların buradan getməsinə deyil, yüksək səviyyədə qəbul etməyə hazırdır. Amma, Rusiya buna imkan verməyə bilər. Qarabağda yaşayan erməni icması müvəqqəti Rusiyanın əsirliyindədir. Azərbaycan tərəfi isə vasitəçisiz danışıqlara hazırdır.

Yəqin ki, uzun müddətdir Bakıda yaşayan Qarabağ ermənisi olmamış olmaz. Qarabağın erməni icmasının nümayəndəsi kimi elə birisi varsa, danışıqlarda istifadə etmək olar. Qarabağda ermənilərin yalnız çıxış yolu reinteqrasiyadır. Rusiya da buna mane ola bilməz.

Yaxin zamanlarda Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qurduqdan sonra bütün bu kimi erməni və rus təxribatlarina son verə bilərik.

Məşhur kinoda deyildiyi kimi-" Bunların nazi ilə çox oynayırıq ha, Kərbəlayi!".  Ermənilərin və Rusiya sülhməramlı qüvvələrinin nazi ilə çox oynamaq əleyhimizə işləyə bilər. Ermənistan Laçın dəhlizinə BMT fakt araşdıricı missiyasını dəvət etmək istəyir.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az