Təhsil Nazirliyi 1 milyon manatlıq müsabiqə elan edib
01.03.2021

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi başlayır. Müsabiqə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında layihə təkliflərinin qəbulu, texniki ekspertiza, məzmun ekspertizası, qaliblərin elan edilməsi mərhələləri üzrə keçiriləcək.

Müsabiqə aşağıdakı kateqoriyalar üzrə keçirilir:

1) “Fərdi” kateqoriya”

2) “Ümumi təhsil müəssisələri”.

Müsabiqə fondunun büdcəsi 1000000 (bir milyon) manat təşkil edir. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 01.03.2021-01.04.2021 tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçirilir.