Təhsil müəssisələri açılacaq?-RƏSMİ
15.08.2020

“Təhsil müəssisələrinin açılması məsələsi Təhsil Nazirliyinin nəzdindəki institutlar tərəfindən elmi əsaslarla kompleks şəkildə araşdırılır”.

Visiontv.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün keçirilən brifinqdə bildirilib.

O qeyd edib ki, hazırda digər ölkələrin də təcrübələri öyrənilir:

“Təhsil Nazirliyi tərəfində təşkil edilən ictimai müzakirədə valideynlər, şagirdlər, ekspertlərin iştirakı ilə də bu məsələ müzakirə edilir. Müxtəlif hələl yolları ilə bağlı fikirlər irəli sürülür. Yekun fikir bildirmək hələ ki, tezdir”.

H.Hacıyev əlavə edib ki, yekun qərar epidemioloji vəziyyətlə əlaqədar veriləcək.