Təbrizlilər farsca danışan yeni valini döydülər-VİDEO
23.10.2021

Bugün Təbrizin yeni ostandarının təqdimat mərasimində insident yaşanıb.

Axar.az-ın verdiyi məlumata görə, təqdimat mərasimində yeni ostandar Xürrəm Rezevi çıxış üçün kürsüyə çıxıb. Rezevi çıxışına fars dilində etdiyi üçün etiraz başlayıb, daha sonra Təbriz sakini kürsüyə yaxınlaşaraq, qəfildən onun qulağının dibinə şillə ilişdirib.

Hüquq-mühafizə orqanı əməkdaşları hadisəyə müdaxilə ediblər.

Hadisənin sosial şəbəkələrdə yayılan videosunu sizə təqdim edirik

 

visiontv.az