Təbrizdən olan millət vəkili Məsud Pezeşkiyan İran hakimiyyətini tənqid edib
Təbrizdən olan millət vəkili Məsud Pezeşkiyan İran hakimiyyətini tənqid edib
24.01.2023 MEDİA Tərəfindən

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan növbəti dəfə İran hakimiyyətini düzgün xarici siyasət yürütmədiyi üçün tənqid edib.

Millət vəkili hökumətin dünya ölkələri, xüsusilə Qərb ölkələri ilə münasibətdə aqressiv davrandığını deyib.

"Gecə-gündüz müxtəlif ölkələri söyür, onlara qarşı iddialar səsləndiririk. Bütün dünya ilə savaşmaq olmaz.

Onlar da bizim etdiklərimizə reaksiya göstərirlər. Əgər bütün dünya ilə savaşsaq, iqtisadi və ictimai problemlər həll olunmamış qalacaq.

Bu gün iqtisadiyyat yalnız bir dövlətə deyil, bütün dünyaya aiddir və bütün ölkələr bir-birindən asılıdır"- Məsud Pezeşkiyan belə deyib.

O, kadrların seçilməsində onların bacarıq və təcrübəsinə üstünlük verilməsini tövsiyə edib.

visiontv.az