Təbiəti nümunə götürsək, heç vaxt səhv etmərik...
Təbiəti nümunə götürsək, heç vaxt səhv etmərik...
13.09.2022 MEDİA Tərəfindən

Təbiət öz-özünü tənzimləmə gücünə malikdir. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış, uzunsürən təkamül prosesində inkişaf edib. Təbiətdə baş verən təbii proseslərlə yanaşı, ali varlıq olan insanın təbiətə göstərdiyi təsir də Yer kürəsinin ahəngini, tarazlığını pozmuşdur. Bu bütün tarix boyu müşahidə edilsə də, son dövrlərdə daha çox nəzərə çarpır. Ekoloji tarazlığın pozulmasına həm təbii, həm də texnogen xarakterli hadisələr səbəb olur.

Mövzu ətrafında Visiontv.az saytının müsahibi, "Biosfer" İctimai Birliyinin rəhbəri, iqlim eksperti Qorxmaz İbrahimlidir.

Məlumdur ki, dünyanın bir çox regionlarında quraqlıq müşahidə olunur. Fikrinizcə bu qlobal iqlim dəyişmələrinin əsas səbəbləri nədir?

Şübhəsiz, qlobal istiləşmə özünü göstərməkdədir.  Qlobal istiləşmə yalnızca quraqlıqla deyil, bir çox ölkələrfə anomal yağıntılarla da özünü göstərməkdədir.  Qlobal iqlim dəyişikliyinin bir tək səbəbi antropogen amildir.  İnsan oğlu təbiətə, çevrəyə atdığı karbon dioksid, plansız sənayeləşmə, müharibələr və s vasitəsilə bunu yaradır.  
Karbon emissiyası sürətlə yüksələrsə, 2500-cü illərfə Yer kürəsində həyatın sönəcəyi ehtimalını irəli sürən bilim insanları var.  Bu gün bir çox beynəlxalq təşkilatlar qlobal istiləşməni önləmək üçün müxtəlif layihələr gerçəkləşdirirlər.  İndi xüsusən Ab, Yaponiya kimi dövlətlərfə çevrənin kirlənmədən qorunması prioritet məsələdir.  

Bir mütəxəssis olaraq sizcə, su ehtiyatlarının azalması müvəqqətidir yoxsa uzun illər davam edə bilər?


Su ehtiyatlarının azalması şübhəsiz ki, səhralaşma, daimi buzlaqların sahəsinin kiçilməsi və qənaət olunmaması ilə bağlıdır. Bizim kimi su ehtiyatlarının böyük qismi qonşu dövlətlərə bağlı ölkələrdə buna daha çox diqqət olunmalıdır.  Su ehtiyatının azalması Dünyada əhalinin artmadı, düzgün suvarılma aparılmaması, qlobal istiləşmə və digər problemlərlə bağlıdır.  Ən azından yaxın on oldə su ehtiyatlarının azqlması müşahidə olunmaqdadır.  Gələcək illərdə xüsusən qış fəslində bol yağıntılar düşərdə, su ehtiyatları yenidən bərpa oluna, arta bilər.  

Azərbaycan hökuməti insan fəaliyyətinin ekologiyaya və iqlim dəyişikliklərinə təsirlərinin aradan qaldırılması üçün hansı proqramları həyata keçirir? Bu kifayət edirmi?

Azərbaycanda ilkin təhsil səhmanlanmalıdır. Nə qədər ki, Milli İbtidai Təhsil Konsepsiyası hazırlanaraq, gerçəkləşdirilməyəcək, idxal təhsillə yurddaşlarımızı maarifləndirə bilməyəcəyik.  Zənnimcə bu çox önəmlidir.  İnsan 3 yaşdan,- bağçadan başlayaraq, çevrə duyarlığına sahiblənçəlidir.  İbtidai təhsil isə dövlətin təhsil və mədəniyətinin təməlidir.  
Hökumətin hər hansı bir layihə gerçəkləşdirməsi gerçək dövlət sevgimiz olmadan effekt verə bilməz.  
Bu gün suvarma sistemlərində islahatların aparılmasına vəsait yatırılsa da hələ də plansız suvarma davam etməkdədir.  Ölkədə urbanizasiya və demoqrafik durum ciddi nəzarətə götürülməlidir.  
Məsəıən, ölkə əhalisinin yarısına yaxın hissəsinin Bakı və Abşeron yarımadasına toplanması özü ilə su qıtlığı daxil ciddi problem və fəsadlar gətirməkdədir.  
Nə qədər ki, hökumətimiz kənd təsərrüfatı və sənaye ilə bağlı təməlli qərarlar qəbul etməyəcək ciddi uğur olmayacaq.  Bunların hamısı kompleks həll olunmalıdır.  Hökumətsə, islahat və yenilik baxımından çox geridə qalır.  
Mənə qalarsa, islahatlara ciddi əngəl olan Nazirlər Kabineti buraxılaraq, islahatçı Hökumət qurmaq lazımdır.  
O halda su qıtlığı ilə bağlı da gerçək layihələr yaranacaqdır.  
Hazırkı vəziyətdə isə əlbəttə, maarifləndirməyə ehtiyac çoxdur. Televiziya və digər təbliğat vasitələri ilə insanlar maarifləndirilməlidir.  
Qeyri-hökumət təşkilatlarının potensialından bu sahədə faydalanmaq lazımdır.

Bünyamin Bünyadzadə

Visiontv.az