TƏBİB-dən koronavirusla bağlı nikbin açıqlama: "Hətta ev şəraitində müalicə mümkündür"
06.03.2020

İrandan gələnlərdə xəstəliyin simptomları aşkarlanmayıb.

Visiontv.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev danışıb.

O bildirib ki, karantində saxlanılan şəxslərdən xəstəliyin müayinəsi üçün müvafiq yaxmalar götürülüb:

"Onlarda koronavirus aşkarlanmayıb. Lakin xəstəliyin 14 günlük inkubasiya dövrü tam bitmədiyi üçün nəzarətdə saxlanılırlar. Bu şəxslərin əksəriyyəti azərbaycanlılardır və onlar İrandan gəliblər".

Vasif Əliyev bildirib ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir. Onun sözlərinə görə, hətta ev şəraitində müalicə mümkündür: 

"Koronavirusa yoluxanların 80%-də xəstəlik yüngül formada keçir".